IMG-LOGO

Anar Quliyev Serbiyanın sabiq prezidenti ilə WUF13-ə hazırlığı müzakirə edib

10.12.2025 18:46 3 baxış
IMG

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Serbiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) Müşahidə Şurasının üzvü Boris Tadiç ilə görüşüb.

"Report" Komitəyə istinadən xəbər verir ki, görüş zamanı 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq məsələləri müzakirə edilib, Mərkəzin Forumda iştirakının əhəmiyyəti xüsusilə vurğulanıb.

Həmçinin 15-16 yanvar 2026-cı il tarixlərində Cenevrədə keçiriləcək NGIC-in İllik Toplantısı və bu çərçivədə birgə təşəbbüslər və əməkdaşlıq imkanları barədə səmimi fikir mübadiləsi aparılıb.

17-22 may 2026-cı il tarixlərində Bakının ev sahibliyi edəcəyi BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumu ilə əlaqədar (WUF13) hazırlıq prosesi davam edir. WUF13-ün milli koordinatoru A.Quliyevin bu istiqamətdə rəsmi görüşləri ardıcıl şəkildə həyata keçirilir.

Xəbər lenti