IMG-LOGO

Qırğızıstan Azərbaycanın aqrar sığorta modelini adaptasiya edə bilər

10.12.2025 18:50 3 baxış
IMG

Qırğızıstan Azərbaycan fermerləri üçün aqrar sığorta modelini adaptasiya etmək imkanını nəzərdən keçirir.

"Report" Qırğızıstanın su resursları, kənd təsərrüfatı və emal sənayesi nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Bakıda baş tutan Qırğızıstanın Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev və Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun görüşündə müzakirə olunub.

Danışıqlar zamanı tərəflər virussuz fidanların istehsalı texnologiyalarının tətbiqi və Azərbaycanın klonlaşdırma və "in vitro" texnologiyaları təcrübəsinin öyrənilməsi, bağçılıqda intensiv texnologiyaların tətbiqi, təbii əkinçiliyin inkişafı və fikir mübadiləsi üçün platformanın yaradılmasını müzakirə ediblər.

Həmçinin, fitosanitar təhlükəsizlik, karantin altındakı məhsulların zərərsizləşdirilməsi, laboratoriya tədqiqatlarının aparılması, baytarlıq diaqnostikası sahəsində təcrübə mübadiləsi, eləcə də damazlıq heyvanların və materialların ixracı və idxalı məsələlərinə toxunulub.

Görüşün yekununda nazirlər əldə olunmuş razılaşmaların reallaşdırmasına və ikitərəfli tərəfdaşlığın gələcək koordinasiyasını təmin etmək üçün birgə işçi qrupunun yaradılmasına razılaşıblar.

Xəbər lenti