IMG-LOGO

Mərakeşdə iki bina uçub, 19 nəfər ölüb

10 Dec 2025 13:00 51 baxış
IMG

Mərakeşin Fəs şəhərində iki binanın uçması nəticəsində azı 19 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Mərakeşin dövlət informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, səkkiz ailənin yaşadığı iki dördmərtəbəli bina uçub.

Xəsarət alanlar Fəs universitet xəstəxana mərkəzinə çatdırılıb. Xilasedicilər dağıntılar altında qalanların axtarışını davam etdirir.

Mənbə: report.az

Xəbər lenti