IMG-LOGO

Nobel Sülh Mükafatını Maçadonun qızı alacaq

10.12.2025 15:46 3 baxış
IMG

2025-ci il Nobel Sülh Mükafatı laureatı, Venesueladan olan Maria Korina Maçado bu gün Norveçdə keçiriləcək mükafat mərasimində iştirak edə bilməyəcək.

"Report" xəbər verir ki, bu barədə NRK telekanalı Nobel İnstitutuna istinadən məlumat yayıb.

"Təəssüf ki, hazırda o (Maria Korina Maçado) Norveçdə deyil və mərasim başlayanda Oslo meriyasının səhnəsində olmayacaq", - institut rəhbəri Kristian Berq Harpviken bildirib.

O, əlavə edib ki, Maçado əvəzinə mükafatı qızı alacaq.

Nobel mükafatı laureatlarının mətbuat konfransı dekabrın 9-da keçirilməli idi, lakin ləğv edilib.

Xəbər lenti