IMG-LOGO

İki gün əvvəl itkin düşmüşdü: 82 yaşlı qadının meyiti tapıldı

08 Dec 2025 09:33 8 baxış
IMG
İki gün əvvəl itkin düşmüşdü: 82 yaşlı qadının meyiti tapıldı 0 0

Dekabrın 6-sı itkin düşən şəxsin meyiti tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, 82 yaşlı Ceyran Bayramova iki gün öncə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Dekabrın 7-si keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər şəhəri, Ş.İ.Xətai küçəsindən keçən paylayıcı kanaldan sonuncunun meyiti aşkar edilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Hadisələr

Xəbər lenti