IMG-LOGO

Azərbaycan millisinin qapıçısı Türkiyə Superliqası klubu ilə anlaşıb

08 Dec 2025 10:10 9 baxış
IMG

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nərgiz Əliyeva Türkiyədə klubunu dəyişib.

"Report" xəbər verir ki, 23 yaşlı qapıçı Superliqa təmsilçisi "Sanayispor"la anlaşıb.

Bu barədə Girəsun klubunun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, N.Əliyeva son mövsümü Superliqanın digər təmsilçisi "Fatih Vətən"də keçirib.

Xəbər lenti