18-ci əsrdə Avropada demək olar hər xəstəlikdə - baş ağrısı, soyuqdəymə, yuxusuzluq və sairdə insan bağırsağına tütün tüstüsü yeridilirdi.
Lent.az xəbər verir ki, bunun üçün xüsusi körük tipli cihaz da vardı. Lakin 19-cu əsrin sonunda məlum oldu ki, bu tüstüdəki nikotin zəhərlidir. Müalicənin ziyanı faydasından çoxdur. Beləliklə, tüstü üsulundan imtina edildi.