IMG-LOGO

Biləsuvarda yaşayış evi yandı

07 Dec 2025 21:02 10 baxış
IMG
Biləsuvarda yaşayış evi yandı 0 0

Biləsuvar rayonunun Çinarlı kəndində fərdi yaşayış evində yanğın qeydə alınıb. Lent.az-ın məlumatına görə, yanğın Yusif Məmmədova məxsus evdə baş verib.

Hadisə yerinə Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 135 kvadratmetr olan bir mərtəbəli, 4 otaqlı ev tamamilə yanıb. Həmçinin yaxınlıqda yerləşən sahəsi 143 kvadratmetr olan bir mərtəbəli, 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kvadratmetr sahədə və bir ədəd pəncərə çərçivəsi zərər görüb.

biləsuvarə yanğın

Xəbər lenti