IMG-LOGO

“iPhone 18” modellərinin RAM tutumları açıqlandı

28.10.2025 02:36 4 baxış
IMG

“Apple” şirkətinin növbəti “iPhone” seriyası üçün böyük bir yeniləmə hazırladığı bildirilir.

Lent.az xəbər verir ki, şirkət qarşıdan gələn “iPhone 18” seriyasının baza modelində 12 GB inteqrasiya olunmuş yaddaş təklif etməyi planlaşdırır.

Bu, sələfi “iPhone 17” ilə müqayisədə böyük bir irəliləyiş olacaq. Bu addım cihazı 12 GB RAM-a malik mövcud “iPhone 17 Pro” modelləri ilə bir səviyyəyə qaldıracaq.

“iPhone Air 2”, “iPhone 18 Pro/Pro Max” və “iPhone Fold” modellərinin 2026-cı ilin payızında satışa çıxarılacağı gözlənilir.

Xəbər lenti