IMG-LOGO

Samsung bu 4 məşhur model üçün yeniləmə dəstəyini kəsdi

22.10.2025 01:57 5 baxış
IMG

Samsung uzunmüddətli proqram dəstəyi ilə tanınsa da, bəzi modellər üçün yolun sonu olduğu məlum olub.

Lent.az xəbər verir ki, şirkət səssizcə 2021-ci ilə aid olan 4 smartfon modelini rəsmi dəstək siyahısından çıxardı.

Galaxy A52s, Galaxy A03s, Galaxy M32 5G və Galaxy F42 5G artıq One ​​UI və təhlükəsizlik yeniləmələrini qəbul etməyəcək.

Bu cihazlar artıq bir müddətdir ki, Android-in yeni versiyalarından məhrum edilib.

Xəbər lenti