IMG-LOGO

Tesla sürücülərinə şad xəbər – Yeniləmə gələn həftə təqdim ediləcək

28 Sep 2025 00:10 149 baxış
IMG

Tesla nəhayət ki, “Full Self-Driving” (FSD) sürücüyə yardım sistemi üçün çoxdan gözlənilən v14 yeniləməsini istifadəçilərə təqdim etməyə hazırlaşır.

Lent.az xəbər verir ki, İlon Mask, yeni versiyanın demək olar ki, canlı kimi olduğunu deyib.

Maskın açıqlamasına görə, FSD v14 yeniləməsi gələn həftə mövcud olacaq.

"Versiya 14.0 gələn həftə geniş şəkildə buraxılacaq. Ardınca təxminən iki həftə ərzində 14.1 və nəhayət 14.2 xidmətə hazır olacaq. 14.2 ilə avtomobil özünü demək olar ki, canlı hiss edəcək." – o deyib.

Xəbər lenti