Bu adi “Mustang” deyil. “Mustang Daytona” adlı konsept, "Cars and Concepts" adlı şirkət tərəfindən istehsal edilən beş nümunədən biridir.
Lent.az xəbər verir ki, Ford, 1979-cu il ərzində Çikaqo, Detroit və Nyu-York avtosalonunda bu konsepsiyaları nümayiş etdirərək, o zamanlar yeni “Fox Body Mustang” ilə nə edilə biləcəyini pərəstişkarlarına göstərdi.
Konsept “Fox Body”nin 5,0 litrlik V8 mühərriki və 4 pilləli mexaniki transmissiyasını daşıyır.
Konsept 1979-cu ildəki avtosalon turundan sonra Miçiqandakı Henri Ford Muzeyində 20 il keçirib.
“Mustang Daytona” konsepti indi mayın 15-də başlayacaq “Mecum Indy 2025” auksionu üçün hazırlanır.
Konseptin təxminən 100.000 dollara satılacağı gözlənilir ki, bu da “Mustang” tarixindəki yerini nəzərə alsaq, olduqca münasib qiymət kimi görünür.