IMG-LOGO

Ən çox axtarılan hakerlərin başına 10 milyon dollar qoyuldu

29.04.2025 03:11 11 baxış
IMG

FTB, Çin dövlət kəşfiyyatı tərəfindən dəstəkləndiyi iddia edilən və ABŞ telekommunikasiya şirkətlərini hədəf alan “Salt Typhoon” haker qrupu haqqında məlumat verən şəxslərə 10 milyon dollara qədər mükafat elan edib.

Lent.az xəbər verir ki, ötən il ABŞ-ın bir neçə telekommunikasiya şirkətinin həssas şəbəkələrinə sızdığı aşkarlanan qrup haqqında məlumat verən şəxsə 10 milyon dollara qədər mükafat təklif edilir.

Qurumun rəsmi açıqlamasında bildirilir ki, məlumat verənlərə pul mükafatları ilə yanaşı, köç yardımı və digər kompensasiyalar da təklif oluna bilər.

FTB-nin məlumatına görə, “Salt Typhoon” Çin üçün fəaliyyət göstərən çoxsaylı kibercasus qruplarından yalnız biridir.

Xəbər lenti