IMG-LOGO

“WhatsApp”da yeni funksiya: Mesajlar dərhal tərcümə olunacaq

21.04.2025 03:00 2 baxış
IMG

“WhatsApp” istifadəçilərinin ünsiyyət təcrübəsini kökündən dəyişdirəcək yenilik edir.

Lent.az xəbər verir ki, müxtəlif dillərdə yazılmış mesajlar artıq proqram daxilində dərhal tərcümə oluna biləcək.

“WhatsApp” istifadəçilərə proqram daxilində mesajları və kanal yazılarını tərcümə etməyə imkan verən məhdud sayda istifadəçi ilə Android beta versiyasında yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

Bu yenilik müxtəlif dillərdə nitqin başa düşülməsini asanlaşdırır, eyni zamanda istifadəçilərin məxfiliyini qoruyur, çünki tərcümə prosesi birbaşa cihazda həyata keçirilir.

Hələlik bu funksiyaya yalnız bəzi istifadəçilərin girişi var. “WhatsApp” bu funksiyanın inkişaf mərhələsində olduğunu və yeni dillərə də hazırlaşdığını açıqlayıb.

Xəbər lenti