IMG-LOGO

ABŞ-də qasırğa 36 nəfəri öldürdü

17 Mar 2025 04:03 200 baxış
IMG

ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb.

Lent.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında məlumat yayıb.

Tramp əlavə edib ki, dağıntıların nəticələrini aradan qaldırmaq və yerli hakimiyyət orqanlarına yardım göstərmək üçün Arkanzas ştatına ABŞ Milli Qvardiya bölmələri göndərilib.

Amerika KİV-lərinin məlumatına görə, təbii fəlakətin qurbanları Alabama, Arkanzas, Missuri, Kanzas, Missisipi, Oklahoma və Texas ştatlarının sakinləridir.

Xəbər lenti