ABŞ prezidenti Donald Tramp yaxın bir neçə gün ərzində Rusiya prezidenti Vladimir Putinlə Ukrayna məsələsi ilə bağlı telefon danışığı aparmağı planlaşdırır.
Lent.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlaması zamanı bildirib.
“Mən Vladimir Putinlə danışacam. Dediyim kimi, tanqo üçün iki nəfər lazımdır", - Tramp bildirib.
Tramp həmçinin Rusiyanın Ukraynada atəşkəslə bağlı Ciddədə müzakirə edilən təklifləri qəbul edəcəyinə ümid etdiyini deyib.
"Ümid edək ki, o da razılaşacaq. Mən hesab edirəm ki, bu razılıq işin75%-ni təşkil edəcək, işin qalanını isə razılaşmaları sənəd şəklinə salmaq, ərazi mövqeləri üzrə danışıqlar aparmaq və sair təşkil edir.", - o deyib.