108 yaşlı Hakoişi Şitsui dünyanın ən yaşlı işləyən qadın bərbəri kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Lent.az xəbər verir ki, Ginnesin Rekordlar Kitabının bəyanatında deyilir: "Hakoişi Şitsuinin 108 yaşı var və hələ də saç kəsir".
1912-ci ildə anadan olan Hakoişi 14 yaşında paytaxt Tokioda bərbər şagirdi kimi işə başlayıb.
Hakoişinin 1936-cı ildə bərbər lisenziyasını aldıqdan sonra həyat yoldaşı ilə açdığı bərbər dükanı İkinci Dünya Müharibəsi zamanı dağıdılıb.