IMG-LOGO

"Moskvadakı paradda iştirak etməyəcəm" - Tramp

22 Feb 2025 02:52 207 baxış
IMG

ABŞ prezidenti Donald Tramp Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək paradda iştirakı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərək mayın 9-da Moskvaya getməyəcəyini bildirib.

Lent.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp belə bir səfəri planlaşdırmadığını deyib.

Qeyd edək ki, Fransanın “Le Point” jurnalı adı açıqlanmayan mənbələrə istinadən Trampın Moskvadakı paradda iştirak edə biləcəyi barədə məlumat yayıb.

Xəbər lenti