Mobil cihazın doldurulması onun əsas fəaliyyət növlərindən biridir . Çünki telefonun şarj olmadan digər funksiyalardan istifadə etmək olmur. Səhər smartfonu 100% doldursanız belə, axşam o tamamilə boşaldıla bilər.
Lent.az xəbər verir ki, bu hər zaman telefonun batareyasının zəif olduğu mənasını vermir.
Səbəblər fonda işləyən funksiyalarda gizlənə bilər.
Bəs, bu funksiyalar hansılardır? Onları təqdim edirik:
Ekran parlaqlığı
Ekran parlaqlığını maksimum səviyyədə istifadə edirsinizsə, onda telefonun şarjı tez bitəcək. Çünki bu funksiya ən çox enerji tələb edən funksiyadır.
Çalışan proqramlar
Proqramların sayı nə qədər çox olarsa, telefon da o qədər enerji itirməyə davam edir. Bunun üçün lazımsız tətbiqləri mobil cihazınızda saxlamayın.
Messencerdə çoxlu sayda mesajlar, bildirişlər
Bildirişlər şəklində gələn xəbərdarlıqları söndürmək məsləhətdir. Çünki mesajların çoxluğu da qadcetə enerji baxımından zərər verir.
Canlı divar kağızı
“Gif” formalı divar kağızları həddindən artıq çox enerji sərf edən funksiyalar arasındadır. Ekrana adi və hərəkətsiz divar kağızları qoymağınız məsləhətdir.
Optimallaşdırma proqramları
Telefonda universal bir proqram kifayətdir. RAM-ı onlarla antivirusla qarışdırmağa ehtiyac yoxdur.