IMG-LOGO

Maskdan qalmaqallı açıqlama - USAİD-in fəaliyyəti əsasən seçkilərə təsir etmək olub

12.02.2025 04:17 33 baxış
IMG

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) seçkilərə təsir göstərməkdə çox fəal iştirak edib.

Lent.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib.

“USAİD-in etdiklərinin çoxu seçkilərə təsir etmək, şübhəli üsullarla seçkilərə təsir etmək məqsədi daşıyırdı ki, bu da yoxlamalara tab gətirmirdi”, - o, bildirib.

O, məsələ ilə bağlı təfərrüatları açıqlamayıb və söhbətin hansı ölkələrdəki seçkilərdən getdiyini də deməyib.

Xəbər lenti