“Samsung” şirkətinə məxsus “Galaxy S23 FE” smartfon modeli ən yaxşı kameraya sahib 3 telefon arasındadır.
Lent.az xəbər verir ki, bu mobil cihaz sadəcə “Pixel 7” və “7a” smartfonlarından geri qalır.
Smartfon aparılan sınaqda 127 xal toplayıb - fotolar üçün 124, video üçün 131. Bu isə “Galaxy S21 FE”dən 10 bal yüksəkdir.
Mütəxəssislər “Galaxy S23 FE”ni əla rəng reproduksiyası, yüksək səviyyəli ultra geniş, dəqiq ekspozisiya və geniş dinamik diapazon üçün yüksək qiymətləndiriblər. Eyni zamanda, video çəkiliş zamanı onun sabitləşməsi bir çox flaqman səviyyəsindədir.
Bütün smartfonları nəzərə alsaq, o zaman foto və videolar baxımından az tanınan “Huawei Mate 60 Pro+” bu gün bazarda ən yaxşı smartfon hesab olunur. Sonrakı yerlərdə “iPhone 15 Pro”, “iPhone 15 Pro Max”, “Google Pixel 8 Pro” və “Oppo Find X6 Pro” gəlir.
Qeyd edək ki, cihaz ən yaxşı “Galaxy” modellərinin dizaynı və texniki təchizatına sahibdir. Ancaq onun qiyməti xeyli sərfəlidir. Belə ki, o 599 dollar dəyərindədir. Digər xüsusiyyətlərə IP68 standartına uyğun olaraq toz və nəmdən qorunma, stereo dinamiklər, simsiz enerji doldurma və beş illik yeniləmə kursu daxildir.