Livandan qeyri-qanuni yollarla İsrailə keçmək istəyən üç Türkiyə vətəndaşı İsrailin bölgədə həyata keçirdiyi hava hücumu nəticəsində həyatını itirib.
Lent.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, həlak olanların cəsədlərinin qısa zamanda Türkiyəyə gətirilməsi üçün lazımi prosedurlar həyata keçirilir.
“Vətəndaşlarımızın ölümünə səbəb olan bu qanunsuz hücumu ən sərt şəkildə qınayırıq. Hər fürsətdə vurğuladığımız kimi, İsrail insan həyatını heçə sayan və bölgəmizdə gərginliyi artıran təcavüzkar siyasətinə dərhal son qoymalıdır”, - məlumatda deyilir.