IMG-LOGO

Tramp yenə hədələdi - Düşünürəm ki, Qrenlandiyanı alacağıq

27 Jan 2025 04:25 209 baxış
IMG

ABŞ prezidenti Donald Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib.

Lent.az xəbər verir ki, Tramp bu haqda “Air Force One” telekanalına müsahibəsi zamanı danışıb.

Tramp həmçinin bildirib ki, adanın 57 min sakini ABŞ ilə birlikdə olmaq istəyir.

“Həqiqətən, Danimarkanın ada üzərində hansı hüquqa malik olduğunu bilmirəm. Lakin onların buna icazə verməməsi azad dünyanın qorunmasına düşmən kimi bir yanaşmadır. Düşünürəm ki, Qrenlandiyanı alacağıq, çünki bu, dünyanın azadlığı ilə bağlıdır. Bunun ABŞ ilə heç bir əlaqəsi yoxdur, ancaq biz azadlığı təmin edə bilərik. Onlar bunu təmin edə bilmirlər”, - deyə Tramp bildirib.

Xəbər lenti