IMG-LOGO

İsrail 15 ayda Qəzzada HAMAS-ın 20 min üzvünü məhv edib

22.01.2025 04:07 3 baxış
IMG

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında təxminən 15 ay davam edən hərbi əməliyyatlar zamanı Fələstinin HAMAS hərəkatından 20 minə yaxın silahlını öldürüb.

Lent.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.

Halevinin açıqlamasını İsrail Ordusunun mətbuat xidməti yayıb.

“HAMAS-ın hərbi qanadı çox böyük zərbə alıb. Yəhya Sinvardan başlayaraq təşkilatın rəhbərliyinin əksəriyyəti öldürülüb. İsrail Ordusu 20 minə yaxın HAMAS nümayəndəsini məhv edib”, - Halevi vurğulayıb.

Xəbər lenti