IMG-LOGO

Samsungun üç qatlı telefonu 2025-ci ildə hazır olacaq

10.01.2025 04:12 5 baxış
IMG

Samsung 2025-ci ilin ikinci yarısında üç ekranlı telefon təqdim edəcək.

Lent.az xəbər verir ki, məhdud sayda istehsal olunacaq bu telefonun qiyməti kifayət qədər baha olacaq.

Samsung qatlanan telefon bazarında liderliyini qorumaq üçün yeni və innovativ məhsullar hazırlamağa davam edir. Şirkətin son layihəsi üç qatlanan telefondur.

Samsung, Galaxy Z Fold 7 və Z Flip 7 modellərindən sonra üçqat ekranlı telefonunu təqdim edəcək. Bu telefonun Samsungun qatlana bilən telefon bazarındakı iddiasını daha da gücləndirəcəyi gözlənilir.

Samsung məhdud sayda üç ekranlı telefon istehsal edəcək 2025-ci ilin ikinci yarısına qədər cəmi 300 min ədəd istehsal edilməsi planlaşdırılan telefonun qiyməti də kifayət qədər yüksək olacaq.

Samsungun üç qatlı telefonu Huawei Mate XT-yə bənzər dizayna sahib olacaq. Bununla belə, Samsungun telefonu bağlandıqda ana ekranı qoruyaraq içəriyə qatlanacaq.

Telefonun 12,4 düymlük ekrana sahib olacağı gözlənilir. Bu həm telefon, həm də planşet kimi istifadə oluna biləcək qədər böyük ekrandır.

Xəbər lenti