Çadın paytaxtı Ndjamenada prezident sarayına edilən hücumda 18-i terrorçu olmaqla, azı 19 nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə “AFP” Çad hökumətinin məlumatlarına istinadən məlumat yayıb. *** 01:22
“Boko Haram” terror qruplaşmasının üzvləri Çadın paytaxtında prezident sarayına hücum ediblər.
Lent.az xəbər verir ki, bu barədə “Al Arabia” məlumat yayıb.
Məlumata görə, Çad silahlı qüvvələri hücumu dəf edib, lakin atışma nəticəsində ölən və yaralananlar var.
Hücum zamanı ölkə prezidenti Mahamat Debi Itno sarayda olub.
Qeyd olunur ki, paytaxtda vəziyyət hökumət qoşunlarının nəzarəti altındadır.