IMG-LOGO

Suzuki ilk elektrikli avtomobilini təqdim etdi

05.11.2024 22:50 28 baxış
IMG

Suzuki səbirsizliklə gözlənilən ilk tam elektrikli avtomobili “eVitara”nı təqdim edib.

Lent.az xəbər verir ki, Hindistanda istehsal olunacaq bu model həm də yeni “Toyota bZ SUV” modelinin əsasını təşkil edəcək.

“Vitara” adını daşımasına baxmayaraq, “eVitara”nın Suzukinin doqquz illik daxili yanma mühərrikli Vitara modeli ilə çox da ortaq cəhətləri yoxdur.

“eVitara” iki fərqli batareya variantı ilə təklif olunacaq. Bunlardan biri 49 kVt/saat, digəri isə 61 kVt/saat. Ön ötürücülü versiyada 142 at gücü və ya 172 at gücü hasil edən mühərriklər olacaq.

Tam ötürücülü versiyada əlavə arxa mühərriklə güc çıxışı 181 at gücünə qədər artacaq.

“eVitara” indiki Vitaradan 100 mm uzun, uzunluğu 4275 mm və eni 200 mm, təkər bazası 2700 mm-dir. Bu isə sərnişinlər üçün daha geniş salon deməkdir.

“eVitara” 2025-ci ilin yazında Suzuki Motor Gujaratın Hindistandakı zavodunda istehsala başlayacaq.

Avropa, Hindistan və Yaponiyada satışlar yayda başlayacaq. Eyni zavod Toyotanın hələ təqdim etmədiyi “bZ SUV” modelini də istehsal edəcək.

Xəbər lenti