IMG-LOGO

Suzuki və Toyota birgə yolsuzluq avtomobili buraxacaq

02 Nov 2024 03:48 318 baxış
IMG

Suzuki və Toyota uzunmüddətli əməkdaşlıqlarını elektrik avtomobilləri sahəsinə gətirirlər. İki yapon nəhəngi Suzuki tərəfindən hazırlanmış yeni akkumulyatorlu elektrik (BEV) SUV modelini Toyota markası ilə satışa təqdim edəcəklərini açıqlayıb.

Lent.az xəbər verir ki, 2025-ci ilin yazında Hindistanda Suzuki Motor Gujarat zavodunda istehsalı planlaşdırılan bu yeni model bütün dünyada satışa çıxarılacaq.

Avtomobilin texniki xüsusiyyətləri ilə bağlı hələ ki, heç bir məlumat verilmir.

Xəbər lenti