IMG-LOGO

Füzulidə maşın dərəyə aşdı, ölən var

19.12.2023 09:20 99 baxış
IMG

Füzulidə ölümlə nəticələnən qəza olub.

Lent.az xəbər verir ki, hadisə saat 1 radələrində Hacıqabul-Mincivan avtomobil yolunun 138-ci kilometrliyində baş verib.

Füzuli rayonu, Əhmədbəyli kənd sakini Möhsümzadə Möhsüm Oktay oğlu idarə etdiyi “Khazar SD” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Xəbər lenti