IMG-LOGO

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

05 Aug 2026 11:34 3 baxış
IMG

Avqustun 5-nə keçən gecə Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində "Novaya poçta" şirkətinin çeşidləmə mərkəzi məhv edilib.

"Report" xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

"Novaya poçta"nın məlumatına görə, zərbə nəticəsində 3 nəfər ölüb.

Şirkətdən bildirilib ki, hücum kasetli döyüş sursatlarından istifadə edilməklə həyata keçirilib.

Hazırda mütəxəssislər zərbənin nəticələrini qiymətləndirirlər.

Mənbə: report.az

Xəbər lenti