IMG-LOGO

Dünyanın ən tənha ölkəsi Nauru - İldə 200 turist gəlir

31.10.2024 04:37 11 baxış
IMG

Nauru, Sakit Okeanda yerləşən 21 kvadrat kilometr ərazisi ilə dünyanın ən kiçik müstəqil respublikalarından biridir.

Lent.az xəbər verir ki, hər il cəmi 200 turistin ziyarət etdiyi bu təcrid olunmuş ada yüksək piylənmə nisbəti və siqaret istehlakı ilə diqqət çəkir.

Ölkənin 10 minə yaxın əhalisi var. Nauruya getməyin yeganə yolu hava yoludur, çünki adanı əhatə edən mərcan polipləri gəmilərin yanaşmasına imkan vermir. Bu da Naurunu dünyanın ən tənha, ən az ziyarət edilən ölkəsinə çevirir.

Tarixinə nəzər salsaq görərik ki, Nauru bir vaxtlar fosfatla zəngin olub.

Onun 1975-ci ildə adambaşına düşən Ümumi Daxili Məhsula (ÜDM) görə dünyada ən yüksək səviyyəyə çatması bu zənginliyin göstəricisidir.

Lakin fosfat ehtiyatlarının tükənməsi ilə ölkənin iqtisadi vəziyyəti daha da pisləşib.

Mədən işlərinə görə adadakı torpaqlar artıq kənd təsərrüfatına yararlı deyil və bütün ərzaq məhsulları xaricdən gətirilməlidir.

Dünya Piylənmə Federasiyasının məlumatlarına görə, Nauru əhalisinin təxminən 60 faizi artıq çəkidən əziyyət çəkir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkə 52,1 faizlə dünyada ən çox siqaret çəkilən ölkədir.

Nauru demokratik idarəetmə sisteminə malikdir. De-fakto paytaxtı Yaren olsa da, Nauru Respublikasında rəsmi paytaxt və ya şəhər yoxdur, yalnız müəyyən bölgələr var.

Bununla belə, bir çox hökumət binaları Yarendə yerləşir.

Nauru xalqı xaricə yatırdıqları sərmayələrdən əldə etdikləri gəlirlə dolanmağa çalışırlar.

Xəbər lenti