IMG-LOGO

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11 Nov 2026 19:41 2 baxış
IMG
1 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-də Azərbaycan pavilyonunda olub.

Lent.az xəbər verir ki, pavilyonla tanış olan Leyla Əliyevaya burada nümayiş etdirilən stendlər və təqdim edilən layihələr barədə məlumat verilib.

Xatırladaq ki, pavilyonda Azərbaycanın şəhərləri, təbiəti, iqlimi, təhsil və səhiyyə sistemləri, turizm imkanları, nəqliyyat infrastrukturu barədə məlumatlar qabaqcıl texnoloji imkanlar vasitəsilə təqdim olunur. Burada ziyarətçilər Azərbaycanın milli mətbəx nümunələrindən də dadırlar.

 

Leyla Əliyeva COP31 Azərbaycan pavilyonu

Mənbə: lent.az

Xəbər lenti