IMG-LOGO

Rusiyada iki avtomobilin toqquşması nəticəsində yeddi nəfər ölüb

11 Nov 2026 23:39 4 baxış
IMG

Mari El Respublikasında (Rusiya) ağır yol qəzasında yeddi nəfər ölüb.

"Report"un Rusiya mediasına istinadən məlumatına görə, bu barədə regional Dövlət Yol Müfəttişliyi xəbər verib.

"Qəza təxminən saat 20:40-da respublikanın Zveniqovski rayonunda baş verib. R-176 "Vyatka" avtomobil yolunun 45-ci kilometrliyində iki minik avtomobili toqquşub. Yeddi nəfər ölüb, xəsarət alanlar var", - məlumatda bildirilir.

Bütün fövqəladə xidmətləri hadisə yerindədir, yol qəzasının səbəbləri araşdırılır.

Mənbə: report.az

Xəbər lenti