İngiltərə millisinin müdafiəçisi Con Stouns "İnter"ə keçməyə razılıq verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, İtaliya çempionu 32 yaşlı futbolçuya iki illik müqavilə və mövsümdə 4 milyon avro maaş təklif edib.
Con Stouns 2016-cı ildən 2026-cı ilə qədər "Mançester Siti"də oynayıb, altı dəfə İngiltərə Premyer Liqası və Çempionlar Liqası titulunu qazanıb. Hazırda o, azad agentdir.
İngiltərə milli komandası ilə Stouns 2026-cı il Dünya çempionatında beş oyun keçirərək bürünc medal qazanıb.
İdman xəbərləriMənbə: lent.az