IMG-LOGO

Piylənmə və diabetin daha bir səbəbi – Dizel mühərriklər

11.10.2024 02:39 58 baxış
IMG

“Brigham Young” universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, dizel yanacağının tüstüsünə məruz qalma siçanlarda yağ kütləsinin artması, piy hüceyrələrinin çoxalması, insulin müqaviməti və orqanizmdə iltihablanmaya gətirib çıxarır.

Lent.az xəbər verir ki, tədqiqatın nəticələri Beynəlxalq Molekulyar Elmlər Jurnalında (IJMS) dərc edilib.

Tədqiqatın ilk mərhələsində alimlər laboratoriya siçanlarını iki qrupa ayırıblar. Altı həftə ərzində birinci qrup adi hava ilə nəfəs alıb. Digər qrup isə həftənin beş günü 30 dəqiqə dizelin işlənmiş hissəcikləri ilə nəfəs alıb. Təcrübəni başa vurduqdan sonra tədqiqatçılar laboratoriya analizi üçün siçanların piy toxumasından nümunələr götürüblər.

Nəticələr göstərib ki, işlənmiş hissəciklər yağ hüceyrələrinin ölçüsünü artırıb vı bu da öz növbəsində bədəndə iltihaba və insulin mübadiləsinin pozulmasına gətirib çıxarıb.

Alimlər belə qənaətə gəliblər ki, yağ toxuması iltihaba səbəb olan kimyəvi maddələri buraxaraq çirklənməyə reaksiya verir. Artan iltihab isə ürək xəstəliklərinə və ikinci dərəcəli diabetə gətirib çıxarır.

Alimlər insanların da çirkli hava ilə nəfəs almalarının oxşar nəticələrə səbəb ola biləcəyini irəli sürüblər.

 

Xəbər lenti