Meta şirkəti “Instagram” və “Facebook” reklam menecerinə yeni süni intellektli reklam redaktə aləti əlavə edəcək.
Lent.az xəbər verir ki, Meta reklam dünyasında inqilabi addım ataraq süni intellektlə redaktə edilmiş reklamları “Facebook” və “Instagram” platformalarına gətirir.
Süni intellektin dəstəklədiyi reklam alətləri reklamçılara mövcud şəkillərində dəyişiklik etməyə və ya hətta tamamilə yeni şəkillər yaratmağa imkan verir.
Məsələn, artıq məhsulun şəklinə müxtəlif fonlar əlavə etmək, məhsulun rəngini və ya ölçüsünü dəyişdirmək və ya tamamilə yeni məhsul şəkli yaratmaq mümkündür.
Bu yolla reklamçılar hədəf auditoriyasının diqqətini çəkəcək reklamlar yarada və onlarla daha möhkəm bağ qura biləcəklər.
Meta bildirir ki, bu alət 2025-ci ilin əvvəlində qlobal miqyasda reklamçılar üçün əlçatan olacaq.