IMG-LOGO

Sumqayıtda 23 yaşlı gənci "tok" vurub öldürdü

05.10.2024 23:35 46 baxış
IMG

Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş “Alüminum zavodu” ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vurub.

23 yaşlı gənc hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti