IMG-LOGO

Ucarda "Hyundai" yanıb KÜL OLDU-FOTO

30.09.2024 02:37 19 baxış
IMG

Ucarda minik maşını yanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaracallı kəndində baş verib.

Kənd sakini, 1947-ci il təvəllüdlü Kamal Salah oğlu Sarıyevin çardağın altında saxladığı "Hyundai Sonata" markalı minik maşını anidən alışıb.

Nəticədə çardağın 10 kvadratmetri və minik maşını tamamı ilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvə cəlb olunub.

Yanğın söndürülüb, ölən və xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisəyə minik maşınında baş verən qısa qapanma səbəb olub.

Fakt araşdırılır.

Xəbər lenti