IMG-LOGO

"Qarabağ"ın rəqibi "Napoli"nin sabiq futbolçusunu heyətinə qatır

25.09.2024 15:15 2 baxış
IMG

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubu İtaliya təmsilçisi "Napoli"nin sabiq futbolçusunu heyətinə qatır.

"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, əlcəzairli Adam Ounas heyətə cəlb edilir. 28 yaşlı oyunçu azad agent kimi Yunanıstan komandasına keçəcək.

Fransanın "Lill" klubu ilə yayda müqavilə müddəti başa çatan vinger 2017-2022-ci ildə "Napoli"nin formasını geyinib.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la 2025-ci il yanvar 30-da səfərdə qarşılaşacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti