IMG-LOGO

Fransalı dünya çempionu 31 yaşında karyerasını başa vurub

25.09.2024 12:09 41 baxış
IMG

Fransa millisi ilə dünya çempionatının qalibi olan Rafael Varan karyerasını başa vurub.

"Report" xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə rəsmi instaqram hesabında bildirib.

İtaliyanın "Komo" klubuna məxsus olan təcrübəli oyunçu zədə səbəbindən bu addımı atıb. O, oynaya bilməsə də, A Seriyası təmsilçisində işləyəcəyini vurğulayıb.

Qeyd edək ki, Rafael Varan İspaniyada "Real", İngiltərədə "Mançester Yunayted" kimi komandaların formasını geyinib. O, Fransa millisinin heyətində 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti