"San Siro" stadionu 2027-ci ildə UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi etməyəcək.
"Report" xəbər verir ki, bu bardə UEFA-nın İcraiyyə Komitəsi məlumat yayıb.
2027-ci ildə həlledici matçın hansı arenada keçiriləcəyi ilə bağlı müzakirələr aparılarkən sözügedən stadionun adı həmin siyahıda yer almayacaq.
Buna "Milan" rəhbərliyinin həmin vaxt stadionun ətrafında təmir işlərinin aparılacağını bildirməsi səbəb olub.
Qeyd edək ki, 2027-ci ildə qitənin ən nüfuzlu klub turnirinin keçiriləcəyi stadionun adı 2025-ci ilin iyununda açıqlanacaq.
Bizim WhatsApp kanalımıza abunə olun