IMG-LOGO

Qubada ağır yol qəzası olub, ölən və xəsarət alan var

23.09.2024 23:17 3 baxış
IMG

Quba rayonunda minik avtomobilləri toqquşub, ölən və yaralanan var.

"Report"un Şimal bürosunu məlumatına görə, hadisə Quba şəhərinin H.Əliyev prospektində baş verib.

Belə ki, "Opel" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Hazırda ölən və yaralının kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti