IMG-LOGO

Gəncədə yaşayış binasında partlayış olub, 84 yaşlı qadın xəsarət alıb

23.09.2024 10:16 2 baxış
IMG

Gəncədə yaşayış binasında partlayış olub, xəsarət alan var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən beşmərtəbəli binada qeydə alınıb.

Mənzildə qaz sızması nəticəsində baş vermiş partlayış nəticəsində 1940-cı il təvəllüdlü Tavlina Şamil qızı Orucova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti