IMG-LOGO

Sabunçu rayonunda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alan var

23.09.2024 00:52 4 baxış
IMG

Bakının Sabunçu rayonunda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, xəsarət alan var

"Report"un məlumatına görə, sərnişin avtobusu hərəkətdə olarkən minik avtomobili ilə toqquşub.

Hadisə zamanı avtobusun sərnişini 62 yaşlı Hüseynova Vera İsmayıl qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı fəqərə sütununun travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti