IMG-LOGO

Niyə yas sahiblərinə “Başın sağ olsun” deyirik? - Belə yaranıb

18 Dec 2023 17:48 168 baxış
IMG

Hər xalqın özünəməxsus matəm ənənələri var. Türklər bir əziz insanlarını, ailədən birini itirəndə bir-birlərinə təsəlli kimi “başın sağ olsun” deyirlər. Görəsən niyə?

Lent.az “Belə yaranıb” rubrikasında bu ifadənin anlamı barədə məlumat verir.

Qədimdə  Anadoluda yaraya "bas" deyərdilər. Bir əzizini itirən adama isə “ basın sağalsın”, yəni "yaran sağalsın" deyərdilər. Çünki əzizini itirmək insanın ruhunda, qəlbində yara açır, bu yaranın sağalması zaman tələb edir.

“Basın sağalsın” ifadəsi zaman içində dəyişərək “Başın sağ olsun” şəklinə düşüb. Yası, matəmi olan adama “başın sağ olsun” əvəzinə “yaran sağalsın” deyə dua edə bilərsiniz.

Mənbə: lent.az

Xəbər lenti