IMG-LOGO

Lerik rayonunda zəlzələ baş verib

21.09.2024 07:40 44 baxış
IMG

Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat verib.

Məlumata görə, Bakı vaxtı ilə saat 03.45-də baş verən zəlzələnin maqnitudası 3,1, dərinliyi 19 kilometr olub.

Zəlzələ hiss olunmayıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti