Bir çoxumuza telefonu gün ərzində bir dəfə doldurmaq kifayət etmir.
Lent.az xəbər verir ki, qadcet gündə dəfələrlə doldurulur. Belə olan halda batareyanın enerji səviyyəsi birdən-birə doldurulur.
Bəs, bu mobil cihaz üçün təhlükəlidirmi?
Mütəxəssislər bildirir ki, belə bir strategiya telefon üçün heç bir təhlükə yaratmır. Ancaq smartfonu bir az doldurduqdan sonra tez-tez enerjidən ayırmaq batareyanın yükünü əhəmiyyətli dərəcədə azaltmağa kömək edir. Burada əsas məsələ batareyanı sıfıra qədər boşlatmamaq və 100 faiz doldurmamaqdır.
Batareyanın doldurulma səviyyəsini 20-80 faiz arasında saxlamağa çalışın.