IMG-LOGO

Metroda dünyaya gələn körpəyə hədiyyə - Ömür boyu pulsuz gediş

19.09.2024 23:35 3 baxış
IMG

Brüssel metrosunda doğulan körpəyə ömürlük pulsuz gediş hədiyyə olundu

Belçikanın paytaxtı Brüsseldə ictimai nəqliyyat şirkəti (STIB) metro səfəri zamanı stansiyada dünyaya gələn körpəyə ömür boyu pulsuz gediş hədiyyə edib.

Lent.az xəbər verir ki, bu yaxınlarda paytaxt Brüsselin Molenbek rayonundakı metronun Beekant stansiyasında hamilə qadın doğuş edib.

Brüsselin ictimai nəqliyyat şirkəti olan STİB mövzu ilə bağlı açıqlama verib. Açıqlamada körpənin STİB əməkdaşlarının köməkliyi ilə sağlam doğulduğu bildirilib.

Belə bir hadisənin ilk dəfə yaşandığı üçün şirkət körpəyə ömür boyu pulsuz gediş hədiyyə edib.

Xəbər lenti