Nigerin silahlı qüvvələri ölkənin cənub-qərbindəki Tillaberi bölgəsindəki əməliyyat çərçivəsində 100-dən çox terrorçunu zərərsizləşdirib.
“Report”un məlumatına görə, bu barədə RTN telekanalı xəbər yayıb.
"Quru və hava qüvvələrinin koordinasiyası sayəsində 100-dən çox terrorçu zərərsizləşdirilib, düşmənin mühüm maddi ehtiyatları da məhv edilib", - məlumatda deyilir.
Məlumata görə, Niger silahlı qüvvələri beş əsgərini itirib, 27 hərbi yaralanıb. Ölkə hakimiyyəti həlak olanların ailələrinə başsağlığı verib və zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.
Bizim Telegram kanalımıza abunə olun