IMG-LOGO

ABŞ İranın 12 rəsmi şəxsinə sanksiya tətbiq edib

19.09.2024 02:07 30 baxış
IMG

ABŞ İranda insan hüquqlarının pozulması və əks fikirli insanlara qarşı repressiv davranmaqda şübhəli bilinən 12 vəzifəli şəxsə yeni sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.

İran İnqilab Keşikçiləri Korpusunun üzvləri və ölkənin Həbsxanalar Müəssisəsinin rəsmiləri də daxil olmaqla, ümumilikdə 12 nəfər “insan hüquqlarının pozulması” səbəbindən sanksiya siyahısına əlavə edilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti